"Tonqal" restoranı

 Bu Bakı restoranları arasında əsl incidir.

Menu

Salatlar

“Tonqal” salatı
Paytaxt salatı
Göbələk salatı
Toyuq salatı
Krab salatı
Kral salatı
Veneqret salatı
Tam menu

Kabablar

Tikə kababı
Döymə-lülə kabab
Balıq kababı
Basdırma kababı
Xan kababı
Toyuq kababı
Quyruq kababı
Tam menu

Balıq xörəkləri

Qızardılmış nərə (osetrin)
Monastır sayağı balıq
“Farel” balığı
“Kütüm” balığı
“Ağ balıq”(Mərmail balığı)
“Qızıl ” balıq
“Şamayka” balığı
Tam menu

Sac yeməkləri

Quzu əti sacda
Can əti sacda
Assorti sac
Çolpa sacda
Balıq sacda
Göbələk sacda
Çolpa içalatı sacda
Tam menu

Restoran haqqında

Bu Bakı restoranları arasında əsl incidir. Canlı musiqisi, milli Azərbaycan təndiri, öz çaxır ehtiyatı olan yüksək səviyyəli restoran Bakıda geniş şöhrət qazanıb. Milli və Avropa mətbəxinin sizə təqdim olunan təmtəraqlı yeməklərinin keyfiyyəti kulinariyada əsrlərin ənənəsinə dəlalət edir. Burada hər şey ləzzətlidir, hər kəs ürəyincə olan yeməyi təqdim olunan geniş menyudan tapa bilər. Yeməklərin ən təzə ərzaqlardan hazırlanmasına əmin ola bilərsiniz. “Tonqal” restoranında sakit mühitdə romantik nahar etmək və ailəvi, kollektiv bayramlar, banketlər keçirmək olar. 

Restorana gəlməklə siz yaşıl ağaclara və güllərə qərq olmuş valehedici bir bağa düşürsünüz. Restoranın orijinal bəzəyə malik interyerləri müştəriləri uzaq keçmişə aparır, sanki zamanın dayandığını hiss edirsən.Burada ustalıqla qədim məişət mühiti yaradılmışdır.Müştəriləri əhatə edən əşyalar içərisində vaxtı ilə adi və gündəlik istifadə olunan, hazırda isə ekzotik sayılan XVI-XVIII əsrlərdən qalma nümunələr vardır. “Tonqal”ın ümumi mənzərəsini tamamlayan süni şəlalə və bulaqlar istirahətinizi daha gözəl və unudulmaz edə bilər. 

Restoranın ayrı-ayrı otaqları istirahətdən məmnunluğu artırar, xeyirxah və yüksək səviyyəli professional xidmət ən gözəl təəssüratlarla yadınızda qalar.

Bizim tədbirlər

"Xnayaxdı"

 

"Nişan"

 

"Ad günlər"